• 9 Avqust 2022
logo
Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, dekabrın 7-də qızılın qiyməti dekabrın 3-i ilə müqayisədə 9,469 manat (0,3 faiz) azalaraq 1 unsiya üçün 3 123,5205 manat təşkil edib.

Gümüş 0,0838 manat (0,2 faiz) ucuzlaşaraq 1 unsiya üçün 40,8905 manata bərabər olub.

Platinin qiyməti 4,539 manat (0,26 faiz) azalaraq 1 771,179 manat, palladiumun qiyməti 14,042 manat (0,35 faiz) artaraq 4 005,6335 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 168,9205 manat (5,1 faiz) ucuzlaşıb, gümüş 1,8565 manat (4,3 faiz) ucuzlaşıb, platin 254,575 manat (16,8 faiz) bahalaşıb, palladium 72,0035 manat (1,8 faiz) ucuzlaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 614,992 manat (24,5 faiz) bahalaşıb, gümüş 12,051 manat (41,8 faiz) bahalaşıb, platin 243,185 manat (15,9 faiz) bahalaşıb, palladium 822,086 manat (25,8 faiz) bahalaşıb.