• 15 Avqust 2022
logo
Türkiyədən Azərbaycana dəri məmulatları ixracı azalıb

Türkiyədən Azərbaycana dəri məmulatları ixracı azalıb

2020-ci ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq 12,782 milyon dollar təşkil edib.

Bunu Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabata əsasən, noyabr ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin noyabrı ilə müqayisədə 29,1 faiz azalıb və 596 min dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,1 faiz azalaraq 1,223 milyard dollar təşkil edib.
Dəri məmulatları ixracı hesabat dövründə Türkiyənin ümumi ixracının 0,8 faizini təşkil edib.

Son 12 ay ərzində (noyabr 2019 – noyabr 2020) Türkiyə 1,337 milyard dollar məbləğində dəri məmulatı ixrac edib.