• 3 İyul 2025
logo
SOCAR Ukraynada fəaliyyətini genişləndirir

SOCAR Ukraynada fəaliyyətini genişləndirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu günədək "SOCAR Energy Ukraine" şirkətinə 300 milyon dollaradək investisiya qoyub.

Trend bu barədə SOCAR-ın "Dayanıqlı inkişaf" hesabatına istinadən məlumat verir.

Hesabata əsasən. Ukrayna ərazisində şirkətə məxsus 60-dan çox yanacaqdoldurma məntəqəsi və 4 neft bazası fəaliyyət göstərir.
2019-cu ildə “SOCAR Energy Ukraine” şirkəti kiçik və orta ölçülü gəmilərin yanacaqla təminatı üçün Kiyevdə və Odessada 2 üzən YDM işə salıb.