• 22 Yanvar 2021
logo
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb

SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi təsdiq olunmuş neft ehtiyatları 120,204 milyon ton təşkil edib. Bu, 2018-ci illə müqayisədə 4,5 faiz azdır.

Trend bu barədə SOCAR-ın “Dayanıqlı inkişaf” hesabatına istinadən məlumat verir.

2018-ci ildə SOCAR-ın neft ehtiyatları 125,906 milyon ton təşkil edib.

Hesabata əsasən, 2019-cu ildə SOCAR 7,7 milyon ton neft, 6,8 milyard kubmetr qaz hasil edib. 2018-ci illə müqayisədə neft hasilatı 140,8 min ton, qaz hasilatı 293 milyon kubmetr artıb.
Ötən il şirkət 1,4 milyon ton nefti və 1,6 milyard kubmetr qazı ixraca yönəldib. 2019-cu ildə neft və qaz ixracından əldə edilən gəlir 904, 6 milyon dollar təşkil edib.

SOCAR-ın 2019-cu ildə neft, qaz və neft məhsulları ixracından 1,289 milyard dollar gəlir əldə edib.