• 25 Yanvar 2021
logo
Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib

Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-noyabr aylarında ümumilikdə 2 milyon 631 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Nazirlikdən Trend-ə bildirilib ki, həmin sosial təminat növləri üzrə əhaliyə bu ilin 11 ayında ötən ilin eyni dövrünə nisbətən 21,5% və ya 931,7 milyon manat çox olmaqla 5 milyard 264 milyon manat vəsait ödənilib.