• 25 Yanvar 2021
logo
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb

SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi təsdiq olunmuş qaz ehtiyatları 99,486 milyard kubmetr təşkil edib. Bu, 2018-ci illə müqayisədə 13,7 faiz çoxdur.

Trend bu barədə SOCAR-ın “Dayanıqlı inkişaf” hesabatına istinadən məlumat verir.

2018-ci ildə SOCAR-ın qaz ehtiyatları 87,455 milyard kubmetr təşkil edib.

Hesabata əsasən, 2019-cu ildə SOCAR-ın qaz-kondensat ehtiyatları 2018-ci illə müqayisədə 25,6 faiz artaraq 10,054 milyon tona bərabər olub.

2018-ci ildə qaz-kondensat ehtiyatı 8 milyon ton olub.