• 27 Aprel 2024
logo
Azərbaycanın beşillik milli ixrac strategiyası gələn il təsdiq edilə bilər

Azərbaycanın beşillik milli ixrac strategiyası gələn il təsdiq edilə bilər

Azərbaycanın milli ixrac strategiyasının gələn ilin əvvəlində təsdiq olunacağı gözlənilir.

Bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən onlayn "B2G Forum"da çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, sənəd bu yaxınlarda növbəti dəfə sahibkarların iştirakı ilə müzakirəyə çıxarılacaq və daha sonra hökumətə təqdim olunacaq: "Strategiya beşillikdir və 2021-2025-ci illəri əhatə edəcək. Burada əsas məsələ 2025-ci ilin sonunadək qeyri-neft ixracını iki dəfəyədək artırmaqdır".