• 29 Mart 2024
logo
Azərbaycan oktyabrda pomidor ixracını kəskin artırıb

Azərbaycan oktyabrda pomidor ixracını kəskin artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 173 mln. ABŞ dolları dəyərində tomat ixrac edib.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2019-cu ildə tomat ixracının ümumi dəyəri 147,6 mln. dollar olub. Göründüyü kimi, 2020-ci ildə tomat ixracı 17,2% artıb.

Qeyd edək ki, təkcə oktyabr ayında Azərbaycan xaricə 5,2 mln. dollarlıq tomat tədarük edib. Bu, sentyabr ayı ilə müqayisədə 5,5 dəfə çoxdur, ötən ilin eyni ayı ilə müqayisədə isə 1,9% azdır.