• 25 Aprel 2024
logo
"Azexport" portalına daxil olan ixrac sifarişlərinin dəyəri 7%-dən çox artıb

"Azexport" portalına daxil olan ixrac sifarişlərinin dəyəri 7%-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azexport.az portalına 512,2 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 10 ayında portal daxil olan ixrac sifarişləri 7,3% artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin oktyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 49,8 mln. dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə ixrac sifarişləri dəyər baxımından 21,5% artıb.

Cari ilin oktyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi toyuq əti və yumurtası, pambıq yağı, fındıq, tütün, çay, günəbaxan yağı, alma, şərab, qənnadı məhsulu, ketçup, nar, armud, kosmetik vasitə mühərrik yağı, bal, boya, zəfəran, tibbi zəli və s. mallara daxil olub. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 oktyabr tarixinə kimi (46 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,9 mlrd. dollar təşkil edib.