• 22 Yanvar 2021
logo
Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb

Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı azalıb

Bu ilin noyabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı oktyabr ayı ilə müqayisədə 26,7% azalaraq 414 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, noyabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 98,3%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, noyabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 5 domen və 17 subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 26 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-noyabr aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 4 710 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 97,2%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 229 hesabat təqdim edilib. Yanvar-noyabr ayları ərzində Azərbaycanın internet seqmentində 44 domen və 136 subdomen qeydiyyata alınıb.