• 25 Yanvar 2021
logo
ARDNF ötən ay valyuta satışını 11,6% azaldıb, yanvar-noyabrda 16,6% artırıb

ARDNF ötən ay valyuta satışını 11,6% azaldıb, yanvar-noyabrda 16,6% artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2020-ci ilin noyabr ayı ərzində 495,5 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

"APA-Economics" bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.

Məlumata əsasən, noyabrda valyuta satışında oktyabr ayı ilə müqayisədə 11,6% azalma qeydə alınıb. Belə ki, 2020-ci ilin okyabrında ARDNF tərəfindən 560,3 mln. dollar məbləğində vəsait satılıb. Ötən ilin noyabr ayı ilə müqayisədə isə bu göstərici 8,2% azalıb.

Bundan başqa, bu ilin yanvar-noyabr aylarında ARDNF tərəfindən 6 665,9 mln. dollar məbləğində vəsait satılıb ki, bu da illik ifadədə 16,6% çoxdur.