• 27 Yanvar 2021
logo
Nazirlik 2,5 milyon manatlıq avtomobil alır

Nazirlik 2,5 milyon manatlıq avtomobil alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Azərmaş Group" MMC arasında 2,5 milyon manatdan çox məbləğdə müqavilə imzalanıb.

Trend bu barədə "Elektron satınalmalar" portalına istinadən məlumat verir.

Məlumata əsasən, Nazirliyin elan etdiyi avtomobillərin satın alınması tenderində qalib müəyyən olunub:

"Tender komissiyasının qərarı ilə "Azərmaş Group" MMC qalib elan olunub. Şirkətlə 2 512 170 manat məbləğində müqavilə imzalanıb".