• 29 Mart 2024
logo
Bakıda və regionlarda kreditləşmə artıb - Statistika

Bakıda və regionlarda kreditləşmə artıb - Statistika

2020-ci il noyabrın 1-dək Azərbaycanın paytaxtında və regionlarda bank kreditləşməsinin məbləği 14,41 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çoxdur.

Trend bu barədə Mərkəzi Bankın statistik bülleteninə istinadən məlumat verir.

Hesabata əsasən, noyabrın əvvəlinədək Bakıda 11,5 milyard manat kredit verilib. Bu, regionlardan dörd dəfə çoxdur. Paytaxtda milli valyutada verilən kreditlərin həcmi 7,2 milyard manat (ümumi kredit həcminin 62,5 faizi) təşkil edib.

Azərbaycanda kreditlər üzrə orta illik faiz dərəcəsi bütün ölkədə 11,05 faiz, Bakıda 9,19 faiz təşkil edib.