• 16 Aprel 2024
logo
Rusiya Bankı "Urals" neftinin qiyməti üzrə proqnozunu açıqlayıb

Rusiya Bankı "Urals" neftinin qiyməti üzrə proqnozunu açıqlayıb

Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) baza proqnozuna görə, 2020-ci ildə "Urals" markalı neftin orta illik qiyməti bir barel üçün 41 ABŞ dollar olacaq.

Bu barədə "APA-Economics" bank tərəfindən hazırlanan maliyyə sabitliyi haqqında icmala istinadən xəbər verir.

İcmala əsasən, 2021-2022-ci illərdə "Urals" qiyməti 45 dollar səviyyəsində olacağı proqnozlaşdırılır. 2023-cü ildə isə bu göstəricinin 50 dollara yüksələcəyi gözlənilir.