• 29 Mart 2024
logo
Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi oktyabrda 1,1% azalıb

Azərbaycanda debet kartları ilə əməliyyatların həcmi oktyabrda 1,1% azalıb

Bu ilin oktyabr ayı ərzində Azərbaycanda dövriyyədə olan debet kartları ilə 2,222 mlrd. manat həcmində əməliyyatlar həyata keçirilib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, əməliyyatların həcmi aylıq müqayisədə 1,1% azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,7% artım qeydə alınıb.

Oktyabr ayında debet kartları ilə həyata keçirilən ölkədaxili əməliyyatların 1,642 mlrd. manatı ATM, 227 mln. manatı POS-terminallar vasitəsilə həyata keçirilib, 266 mln. manatı isə elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 2,134 mlrd. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11,7% çoxdur.

AMB-nin məlumatına əsasən, ölkə xaricində debet kartları ilə hesabat ayında 87 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 22,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 24,3% azdır.

Qeyd edək ki, cari ilin noyabrın 1-nə Azərbaycanda 8,06 mln. vahid debet kartı olub. Kartların sayı aylıq müqayisədə 1,9%, illik müqayisədə isə 26,4% artıb.