• 26 Aprel 2024
logo
Azərbaycan banklarının xarici aktivləri ilin əvvəlindən 6% azalıb

Azərbaycan banklarının xarici aktivləri ilin əvvəlindən 6% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycandakı bankların xarici aktivləri 15 983 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,9% çox, illik müqayisədə isə 8,9% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ilin əvvəlindən bankların xarici aktivlərinin həcmi 5,8% azalıb.

Bankların xalis daxili aktivlərinə gəldikdə, onların həcmi 10 964,8 mln. manat təşkil edib. Bu, aylıq müqayisədə 0,2%, illik müqayisədə isə 23,3% çoxdur. İlin əvvəlindən sözügedən göstərici 5,3% azalıb.