• 19 Mart 2024
logo
SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlanıb

SOCAR-ın Kulevi terminalı vasitəsilə daşımalarının həcmi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qara dənizdə yerləşən Kulevi limanındakı terminalından 2008-ci il mayın 16-dan bu günədək 27 milyon 532 min ton məhsul aşırılıb.

Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, bu ilin üçüncü rübünün yekunlarına əsasən, aşırma həcmi 407 573 ton təşkil edib.

Qeyd edək ki, Gürcüstanın Kulevi limanındakı neft terminalı xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya yanacağı, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, azkükürdlü dizel yanacağı, sənaye nefti və kondensatın aşırılması üçün istifadə olunur.