• 15 Yanvar 2021
logo
Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı açıqlanıb

Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Türkiyədə Azərbaycan kapitalı olan 116 şirkət qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 şirkət azdır.

Bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.

Məlumatda bildirilir ki, 2020-ci ilin 10 ayı ərzində Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 23,131 milyon türk lirəsi olduğu halda, 2019-cu ilin eyni dövründə bu rəqəm 24,475 milyon türk lirəsi təşkil edib.
Qeyd edilib ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti, ümumi kapitalı 15,469 milyon türk lirəsi olan İstanbulda (98 şirkət) qeydiyyata alınıb.

2019-cu ilin yanvar-oktya aylarında Türkiyədə 14 sənaye, 3 tikinti, topdan və pərakəndə ticarətdə 56 şirkət, 8 turizm şirkəti və 4 daşınmaz əmlak satışı şirkəti şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.