• 28 Mart 2024
logo
"Brent" neftinin qiyməti sentyabrın əvvəlindən ilk dəfə 46 dolları ötüb

"Brent" neftinin qiyməti sentyabrın əvvəlindən ilk dəfə 46 dolları ötüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 1 barelə görə 46 dolları keçib.

"APA-Economics"in məlumatına görə, Bakı vaxtı ilə saat 13:01-də "Brent"ın 1 barelinin qiyməti 2,24% artaraq 46,08 dollar təşkil edib. Sonuncu dəfə "Brent" neftinin qiyməti 46 dollarda yuxarı sentyabrın 2-də qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 43,26 dollar təşkil edib.