Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 38 893,48 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30% azdır.
Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin 10 ayında 16 815,52 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,4% azdır.
Cari ilin yanvar-oktyabr aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,14%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,16%-ə bərabər olub.