• 29 Noyabr 2020
logo
AMB uçot dərəcəsini sabit saxlayıb

AMB uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini sabit saxlayıb.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair Mərkəzi Bankın onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib.

O bildirib ki, AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6,5%-də dəyişməz saxlanması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilib.

Sözügedən qərar bu gündən qüvvəyə minir. Faiz dəhlizinin parametrlərinə növbəti dəfə dekabrın 18-də baxılacaq.