• 19 Mart 2024
logo
Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi bu il 40% azalıb

Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi bu il 40% azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Fransa ilə apardığı ticarət mübadiləsinin həcmi 387,55 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,9% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2020-ci ilin ilk doqquz ayında Azərbaycandan Fransaya ixracın həcmi 55,08 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 392,45 mln. dollar və ya 8,1 dəfə azdır.

İdxalın həcmi isə 332,47 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 135,13 mln. dollar və ya 68,5% artıb

Learn more

Nəticədə, hesabat dövründə 277,39 mln. dollarlıq mənfi saldo yaranıb. 2019-cu ilin eyni dövründə ticarət saldosu müsbət idi və 250,19 mln. dollar təşkil edirdi. Beləliklə, Azərbaycanın Fransa ilə ticarət dövriyyəsinin balansı 527,58 mln. dollar və ya 210% dəyişərək, müsbətdən mənfiyə enib.