• 25 Aprel 2024
logo
Azərbaycanda depozitlərin dollarlaşması azalıb

Azərbaycanda depozitlərin dollarlaşması azalıb

Bu ilin oktyabrın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 22 495,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 4% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ilin əvvəlindən cəmi depozit bazası 9,1% azalıb. Təkcə sentyabr ayında isə depozitlərin həcmi 1% azalıb.

Oktyabrın 1-nə depozitlərin 57,8%-i ABŞ dollarında olub ki, bu da illik müqayisədə 6 faiz bəndi, ilin əvvəli ilə müqayisədə 3,4 faiz bəndi, aylıq ifadədə isə 1,7 faiz bəndi azdır.