• 28 Mart 2024
logo
Azərbaycanda problemli kreditlər ilin əvvəlindən 16% azalıb

Azərbaycanda problemli kreditlər ilin əvvəlindən 16% azalıb

Bu ilin sentyabr ayının 30-na Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 1 069,5 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 4,1 mln. manat və ya 0,4% artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə vaxtı keçmiş kreditlərin həcmi 203,6 mln. manat və ya 16% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 373,4 mln. manat və ya 25,9% azalıb.

Qeyd edək ki, sentyabr ayının 30-na problemli kreditlərin cəmi kreditlərdə payı 7,2% təşkil edib.

Xatırladaq ki, bu göstərici avqustun 30-na 7,3%, ilin əvvəlində 8,3%, ötən ilin müvafiq dövründə isə 10,1% olub.