• 4 Dekabr 2020
logo
Azərbaycanın bank sektorunun xalis mənfəəti 2%-dək azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2%-dək azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-sentyabr ayları ərzində 512,8 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azdır.

Banklar bu müddətdə 1 427,5 mln. manat həcmində faiz gəlirləri (1 132,1 mln. manat kreditlər üzrə faizlər), 484,3 mln. manat həcmində qeyri-faiz gəlirləri əldə edib.

Bu müddətdə bankların faiz xərcləri 362,4 mln. manat (231 mln. manat depozitlər üzrə faizlər), qeyri-faiz xərcləri isə 843,9 mln. manat təşkil edib.