• 19 Aprel 2024
logo
ARDNF-in investisiya portfelinin əsas hissəsi bu il Asiya və Sakit Okean regionunun payına düşüb

ARDNF-in investisiya portfelinin əsas hissəsi bu il Asiya və Sakit Okean regionunun payına düşüb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 30 sentyabr tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 61,55%, inkişaf etməkdə olan ölkələr üzrə – 32,15%, beynəlxalq maliyyə təşkilatları üzrə isə 6,3% təşkil edib.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (Beynəlxalq Maliyyə Təşkilatları üzrə) dünyanın 6 regionu daxildir. Bunların sırasına Şimali Amerika (26,62%), Cənubi Amerika (0,04%), Avropa (29,37%), Yaxın Şərq (1,05%), Avstraliya / Yeni Zelandiya (1,09%) və Asiya / Sakit Okean (35,53%) daxildir.

Xatırladaq ki, 2020-ci ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2020-ci ilin əvvəlinə (43 323,3 mln. ABŞ dolları) nisbətən 0,08% azalaraq 43 288,6 mln. dollara bərabər olub. Aktivlərin azalmasına səbəb koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-in büdcə xərclərinin büdcə gəlirlərini üstələməsi olub.