• 1 Dekabr 2020
logo
Azərbaycanda sığorta bazarı 11% artıb

Azərbaycanda sığorta bazarı 11% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 581 509 min manat həcmində sığorta haqqı yığılıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövründə şirkətlər tərəfindən 307 762 min manat həcmində ödəniş həyata keçirilib.

Hesabat əsasən, sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% artıb, ödənişlərdə isə 52,6%-lik artım qeydə alınıb.