• 29 Mart 2024
logo
Azərbaycandakı banklar bugünkü valyuta hərracında 64 mln. dollardan çox cəlb edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 64 mln. dollardan çox cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 64,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (22 oktyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 0,3% və ya 0,2 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.