• 1 Dekabr 2020
logo
“Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq əlaqələri tarixin sınağından çıxıb”

“Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq əlaqələri tarixin sınağından çıxıb”

Turab Rzayev: “Azərbaycan Gürcüstandakı 2 ən böyük vergi ödəyicisinən biridir”

“Azərbaycan və Gürcüstan bir-biri ilə simbioz bağlı iki ölkədir. Prinsip sadədir, sizin ətrafınız çirkabdırsa, özünüz təmiz yerdə yaşaya bilməzsiniz. Gürcüstan Azərbaycan üçün ilk növvədə, körpüdür, yoldur, Qərbə açılan pəncərədir, dənizlərinə çıxış yoludur. Azərbaycanı qərbə bağlayan bütün strateji enerji daşıyıcıları xətləri, neft-qaz kəmərləri, strateji kommunikasiya xətləri Gürcütandan keçir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında analitik Turab Rzayev səsləndirib. O, bildirib ki, eyni vaxtda Gürcüstan Azərbaycan ilə birlikdə Şərq-Qərb nəqliyyat xəttinin Qafqaz koridirunu təşkil edirlər: “Bakı-Tiflis-Ceyhan, Bakı-Supsa neft kəməri, Cənubi Qafqaz Qaz Boru xətti, Bakı-Tiflis-Ərzurum, TANAP qaz xəttləri, Bakı-Tiflis-Qars dəmir yolu xətti Azərbaycandan başlayır və Gürcüstandan keçərək Avropaya və dünyaya çıxır.
Azərbaycan isə Gürcüstan üçün ən böyük yatırımçıdır, maliyyə sərmayədarıdır. Gürcüstanda həm Azərbaycan dövləti, həm də 1000-ə qədər özəl sektor təmsilçimiz investisiya qoyub. Gürcüstann enerji təhlükəsizliyinin, ucuz enerjiyə çıxışının mənbəyi bizik. Azərbaycan Gürcüstandakı 2 ən böyük vergi ödəyicisinən biridir, Gürcüstan dövlət büdcəsinin formalaşmasında birbaşa iştirak edir.
Ölkə rəhbərinin də vurğuladığı kimi, həm Azərbaycan hökuməti tərəfindən, həm də korporativ sosial məsuliyyət çərçivəsində özəl sektor təmsilçiləri tərəfindən bir çox humanitar layihələr reallaşdırılır və sosial problemlrin həllində dəstək verilir.
Gürcüstan eyni zamanda bizimlə strateji tərəfdaş, qonşu və dostluq münasibətimiz olan ölkədir. Elə son Qarabağdakı əks-hücum əməliyyatlarında hava sahəsini hərbi yüklərə bağlamaqla, Rusiyadan və başqa ölkələrdən Ermənistana Qarabağ münaqişəsində qanunsuz istifadə etmək üçün daşınan silahların qarşısının alınmasında Gürcüstan rəhbərliyinin böyük rolu vard. Eyni vaxtda Ermənistana humanitar yük adı altında gedən tranzit tırların saxlanılaraq, diqqətlə yoxlanılması, bunun nəticəsində 4 tır silahın qaçaqmalçılıq yolu ilə Rusiyadan Ermənistana keçməsinin qarşısı alınmasında göstərdikləri fədakarlığa görə Gürcüstan gömrükçülərini təbrik edirəm, cəmiyyət olaraq onlara minnətdarıq. Onların qəhrəmanlığı sayəsində Rusiyanın gizli yollarla, humanitar yardım və sivil nəqliyyat adı altında Ermənistana Qarabağda istifadə etmək üçün silah göndərdiyi təsdiq edildi.
Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlıq əlaqələri tarixin sınağından çıxıb. Və tariximizin bu günkü keşməkeşli və şərəfli dövründə də uğurla sınaqdan çıxır. Biz bölgədə sülhün və dostuğun tərəfdarı olaraq, Ermənistanı da yürütdüyü terror siyasətindən əl çəkməyə, separatçı xuntanı dəstəkləməməyə, bölgəmizdə sülh, əməkdaşlıq və dostluğun inkişafına töhvə verməyə çalışırıq”.

Əli Zülfüqaroğlu