• 3 Dekabr 2020
logo
Dünya Bankı gələn il neftin qiymətinin 44 dollar olacağını gözləyir

Dünya Bankı gələn il neftin qiymətinin 44 dollar olacağını gözləyir

Dünya Bankı 2021-ci ildə neftin bir barelinin orta qiymətinin 44 ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə bankın "Commodity Markets Outlook" hesabatında deyilir.

Bu il üçün isə gözlənilən orta qiymət 41 dollar təşkil edir. Yüksək neft ehtiyatları 2022-ci ilədək qiymətləri 50 dollaradək saxlayacağı güman edilir. Hesabatda 2022-ci ildə neftin qiymətinin 50 dollar, 2023-cü ildə 52,1 dollar, 2024-cü ildə 54,4 dollar, 2025-ci ildə 56,7 dollar, 2030-cu ildə isə 70 dollar olacağı proqnozlaşdırılır.

"Proqnoz aprel gözləntilərimizdən daha yüksəkdir və əsasən bir qədər yaxşılaşdırılmış qlobal artım proqnozunu əks etdirir. Eyni zamanda, gözlənilən təklifin daha yüksək olması da burada vacib rol oynayır", - bankın hesabatında deyilir.

Xatırladaq ki, 2019-cu ildə neftin orta qiyməti 61,4 dollara bərabər olub.