• 4 Dekabr 2020
logo
AMEA İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıb

AMEA İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu ölkəmizin işğal olunmuş ərazilərini rəşadət və əzmkarlıqla azad etməkdədir. Cənab Prezidentin bəyan etdiyi kimi, işğaldan azad olunmuş ərazilərimiz tezliklə bərpa ediləcək və Qarabağa həyat qayı¬dacaqdır.
Bərpa proqramlarının hazırlanması üzrə Azərbaycan hökumətinin həyata keçirəcəyi sistemli fəaliyyətə töhfə vermək məqsədilə AMEA İqtisadiyyat İnstitutu Elmi Şurasının oktyabrın 21-də keçirilmiş iclasında İnstitutun nəzdində Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin yaradılması və bu barədə AMEA Rəyasət He¬yəti qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul edilmişdir.
Mərkəz bərpa və yenidənqurma prosesləri üzrə kompleks tədqiqatlar aparacaq, yaşayış məntəqələrinin bərpasının, infrastruktur və həyat təminatı sistemlərinin yenidən qurulmasının, əhalinin öz daimi yaşayış yerlərinə repatriasiyasının və bu qəbil digər problemlərin sosial-iqtisadi məsələlərini araşdıracaqdır. Bu sırada enerji təmi¬natının, su və qaz təchizatının, kanalizasiya sistemlərinin bərpasına, nəqliyyat və te¬lekommunikasiya sistemlərinin yenidən qurulmasına, mülki idarəetmə orqanlarının iş infrastrukturunun və sosial obyektlərin yenidən yaradılmasına xüsusi diqqət yeti¬riləcəkdir.
Bərpa proqramlarında Dağlıq və Aran Qarabağa vahid sosial-iqtisadi məkan kimi baxılacaqdır.
“Post-konflikt ərazilərin bərpası” Elmi mərkəzinin işinə təkcə İnstitutun əməkdaşlarını deyil, digər qurumların mütəxəssislərini, həmçinin müstəqil ekspert-ləri də cəlb etmək nəzərdə tutulur.