• 28 Mart 2024
logo
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin müsbət saldosu yanvar-sentyabrda 1 mlrd. dollara yaxın olub

Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin müsbət saldosu yanvar-sentyabrda 1 mlrd. dollara yaxın olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türkiyə ilə apardığı ticarət mübadiləsinin həcmi 3,238 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Türkiyəyə ixracın həcmi 2,108 mlrd. dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayları ilə müqayisədə 4,4% azdır. İdxalın həcmi isə 1,129 mlrd. dollara bərabər olub ki, bu göstərici ötən ilin ilk doqquz ayı ilə müqayisədə 1,7% azalıb.

Nəticədə, 2020-ci ilin yanvar-sentyabr aylarında 0,978 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 7,2% azdır.