• 9 May 2024
logo
BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100286S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99,4974 manat (6,49%) və 99,5351 manat (6,01%) 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 898 682 600 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5351 manat (6,01%), orta ölçülmüş qiyməti 99,5351 manat (6,01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 18 noyabr 2020-ci ildir.