• 20 Aprel 2024
logo
Gürcüstandan Azərbaycana avtomobil ixracı yanvar-sentyabrda 178 mln. dollardan çox olub

Gürcüstandan Azərbaycana avtomobil ixracı yanvar-sentyabrda 178 mln. dollardan çox olub

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan 560 215,7 min ABŞ dolları dəyərində avtomobil ixrac (təkrar ixrac) edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,5% azdır.

Hesabat dövründə Gürcüstandan Azərbaycana 178 202,8 min dollar dəyərində avtomobil ixrac edilib ki, bu da illik müqayisədə 7 669,7 min dollar və ya 4,5% çoxdur. Belə ki, ötən ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycana 170 533,1 min dollar dəyərində avtomobil ixrac edib.