• 24 Aprel 2024
logo
Azərbaycan elektrik enerjisinin ixracını azaldıb

Azərbaycan elektrik enerjisinin ixracını azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 51 898,97 min ABŞ dolları dəyərində 1 084 702,99 min kVt-saat elektrik enerjisi ixrac edib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,5%, həcmi isə 25,5% azalıb.

Cari ilin yanvar-sentyabr aylarında elektrik enerjisinin ümumi ixracda xüsusi çəkisi 0,49%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 4,05%-ə bərabər olub.