• 19 Aprel 2024
logo
Nazir: "İraqın "OPEC+"da iştirakı ölkənin enerji sənayesi üçün çətinliklər yaradacaq"

Nazir: "İraqın "OPEC+"da iştirakı ölkənin enerji sənayesi üçün çətinliklər yaradacaq"

"OPEC+" razılaşması çərçivəsində neft hasilatının azaldılması İraqın enerji sənayesinin inkişafına əngəllər yaradacaq.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bunu İraqın Neft naziri İhsan Əbdül-Cabbar İsmayıl deyib.

O bildirib ki, "OPEC+" çərçivəsində hasilatın azaldılması İraqın enerji sənayesi üçün çətinliklər yaradacaq.

Hazırda İraq ölkədəki mövcud çətinliklərin öhdəsindən gəlməsinə kömək edə biləcək sərmayələrin artırılması üçün beynəlxalq neft şirkətləri ilə danışıqlar aparır.

Eyni zamanda, "OPEC+"ın yeni sazişinə görə, öhdəliklərini tam yerinə yetirməmiş ölkələr ilin sonunadək hasil etdiyi nefti kompensasiya etməlidir. Sentyabr ayında "OPEC+" razılaşmasının öhdəlikləri 102% yerinə yetirilib. Bu, may ayından bəri ən yüksək səviyyədir. Əvvəllər razılaşmanı yerinə yetirməyən ölkələr gündəlik olaraq hasilatı 249 min barel azaldıb.

Qeyd edək ki, "OPEC+" nazirlərinin monitorinq komitəsinin hesabatına əsasən, İraq alyansın öhdəliklərinin yerinə yetirməyən əsas ölkələrdən biridir. Sazişin qüvvəyə minməsindən bəri İraq gündəlik 578 min barel artıq neft istehsal edib. Bu, alyansda ən böyük yığılmış borcdur.