• 6 Oktyabr 2024
logo
Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

Avqustun 26-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Trend-in məlumatına görə, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.
Hərracda məbləğ 100 000 000 (yüz milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,26% - 8,24%-dir.