• 20 Aprel 2024
logo
Azərbaycan düyü idxalını bu il 28%-dək artırıb

Azərbaycan düyü idxalını bu il 28%-dək artırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana ümumi dəyəri 31 714,54 ABŞ dolları dəyərində 45 844,08 ton düyü idxal edilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin doqquz ayında Azərbaycana idxal edilən düyünün dəyəri 5,7%, həcmi isə 27,7% artıb.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində düyü idxalı Azərbaycanın ümumi idxalının 0,41%-nə bərabər olub.