• 26 Aprel 2024
logo
Gürcüstan Azərbaycandan qaz idxalını yanvar-sentyabrda 5%-dək azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını yanvar-sentyabrda 5%-dək azaldıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycandan 166 774,4 min dollar dəyərində 1 154 312,8 ton qaz idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 33 388,1 min dollar və ya 16,6%, həcmi isə 56 935,2 ton və ya 4,7% azalıb. Belə ki, 2019-cu ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycandan 200 162,5 min dollar dəyərində 1 211 248 ton qaz idxal edib.