• 25 Aprel 2024
logo
Gürcüstan Azərbaycandan neft idxalını artırıb

Gürcüstan Azərbaycandan neft idxalını artırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan Azərbaycandan 48 683,1 min dollar dəyərində 160 136,5 ton neft və neft yağları idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 19 042,6 min dollar və ya 28,1% azalıb, həcmi isə 37 309,2 ton və ya 30,3% artıb. Belə ki, 2019-cu ilin ilk 9 ayında Gürcüstan Azərbaycandan 67 725,7 min dollar dəyərində 122 827,3 ton neft və neft yağları idxal edib.