• 28 Mart 2024
logo
Azərbaycan əhalisi dərman və tibbi ləvazimatların alışını sentyabrda yenidən artırıb

Azərbaycan əhalisi dərman və tibbi ləvazimatların alışını sentyabrda yenidən artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan istehlakçıları pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsullarına və tibbi ləvazimatlara 498,2 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 37,4% çoxdur. Təkcə ötən ay əhaliyə 58,6 mln. manat həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da avqust ayı ilə müqayisədə 4,1% çoxdur. Xatırladaq ki, avqustda əhali tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatların alışı iyulla müqayisədə 11,6% azalmışdı.

Qeyd edək ki, yanvar-sentyabrda pərakəndə ticarət şəbəkəsində istehlakçıların xərclədiyi vəsaitin 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub. Bu, ilin əvvəli ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.