Bu ilin yanvar-sentyabr aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 225,5 mln. manat xərcləyib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,5% və ya 1,2 mln. manat azalıb.
Təkcə sentyabr ayında isə əhaliyə 35,3 mln. manat həcmində kompüter avadanlıqları satılıb ki, bu da avqust ayı ilə müqayisədə 25,6% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,8%-i kompüter, telekommunikasiya avadanlıqları vә çap mәhsullarının alınmasına sərf olunub. Bu ötən ilin eyni dövrünün göstəricisinə bərabər olaraq qalıb.