• 26 Oktyabr 2020
logo
Azərbaycanda dəmir yolu ilə yük və sərnişin daşımaları azalıb

Azərbaycanda dəmir yolu ilə yük və sərnişin daşımaları azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda dәmir yolu nәqliyyatı ilә 10,8 mln. ton yük, 1 669,7 min sәrnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə yük daşınmasında 1,4%, sәrnişin daşınmasında isә 34,5% azalma müşahidә olunub.

Orta hesabla sutkada 275 vaqon yüklәnib, 391 vaqon isә boşaldılıb. Sutka әrzindә dәmir yolunun Şimal istiqamәti üzrә 12,3 min ton, Qәrb istiqamәti üzrә 3,2 min ton, Cәnub istiqamәti üzrә isә 0,7 min ton yüklәnmә işi yerinә yetirilib.