• 22 Aprel 2021
logo
Azərbaycan beynəlxalq texnoloji şirkətləri Ermənistanın hərbi şirkətləri və startapları ilə əməkdaşlığı dayandırmağa çağırıb

Azərbaycan beynəlxalq texnoloji şirkətləri Ermənistanın hərbi şirkətləri və startapları ilə əməkdaşlığı dayandırmağa çağırıb

Azərbaycan İnnovasiyalar Agentliyi yüksək texnologiyalar sahəsində çalışan 43 beynəlxalq şirkətə müraciət göndərib.

Agentlikdən verilən məlumata görə, müraciətdə İnnovasiyalar Agentliyinin yüksək texnoloji məhsullarının Ermənistanın terror rejimi tərəfindən dinc əhaliyə qarşı istifadə olunması xüsusi vurğulanıb və Ermənistan tərəfindən yüksək texnologiyalardan mülki əhaliyə qarşı istifadə olunmasının dəlillərini göndərməyə hazır olduğunu bildirib.

Müraciətin sonunda Agentlik beynəlxalq yüksək texnologiyalar istehsalçılarını kamikadze dronlar üçün nəzərdə tutulan texnologiya transferini və ehtiyat hissələrinin satışını və erməni hərbi şirkətləri və startapları ilə əməkdaşlığı dayandırmağa çağırıb.