• 22 May 2025
logo
BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 100 mln. manatlıq notları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100186S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 99,4974 AZN (6,49%) və 99,5351 AZN (6,01%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 582 493 900 manat olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5351 AZN (6,01%), orta ölçülmüş qiyməti isə 99,5351 AZN (6,01%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. manat təşkil edib.

Notların ödəmə tarixi 11 noyabr 2020-ci ildir.