• 23 Aprel 2021
logo
Dünya Bankı: Azərbaycan iqtisadiyyatı 2021-ci ildə 2 faizə yaxın artacaq

Dünya Bankı: Azərbaycan iqtisadiyyatı 2021-ci ildə 2 faizə yaxın artacaq

2020-ci ildə Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası və neftin qiymətlərinin ucuzlaşması fonunda 4,2 faiz azalacaq.

Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş hesabatında deyilir.

Hesabata əsasən, bu göstərici 2020-ci ilin iyununda proqnozlaşdırılan göstəricidən 1,6 faiz bəndi çoxdur. Dünya Bankı növbəti iki il ərzində iqtisadiyyatın artımını gözləyir.

Proqnoza əsasən, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9 faiz artacaq.

Ən pis halda artımın 1,1 faiz həcmində olması gözlənilir.