• 22 Aprel 2021
logo
Azərbaycanda e-imza istifadəçilərinin sayı 15% artıb

Azərbaycanda e-imza istifadəçilərinin sayı 15% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Milli Sertifikasiya Xidmətləri Mərkəzi tərəfindən 30 784 elektron imza (e-imza) sertifikatı verilib ki, bu da ilin əvvəlinin göstəricisindən 15% çoxdur.

Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, cari ilin doqquz ayında dövlət qurumlarına təqdim edilən e-imza sertifikatının sayı 11 566, hüquqi 9 656, fiziki şəxslərə 5 552, sahibkarlara təqdim edilən e-imza sertifikatlarının sayı isə 4 010 olub.

Ümumilikdə Milli Sertifikasiya Xidmətləri Mərkəzi tərəfindən 1 oktyabr 2020-ci il tarixinədək 237 012 e-imza sertifikatı təqdim edilib.

Qeyd edək ki, bu ilin doqquz ayında e-imza sertifikatları ilə aparılan tranzaksiyaların sayı 9 842 619 ədəd təşkil edib.