• 22 Aprel 2021
logo
Azərbaycanda 215 nəfər COVID-19-a yoluxdu, 117 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Azərbaycanda 215 nəfər COVID-19-a yoluxdu, 117 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 41 519 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1 785 nəfərdir.

Ölkədə son sutka ərzində 5 124, hazırkı dövrədək isə 1 162 062 test aparılıb.