• 19 Sentyabr 2019
logo
add image
Fransa şirkəti Azərbaycanın neft-qaz sahəsində suları təmizləyəcək

Fransa şirkəti Azərbaycanın neft-qaz sahəsində suları təmizləyəcək

Fransanın “Suez Group” şirkəti Azərbaycanın neft-qaz sahəsində suyun təmizliyi ilə məşğul olacaq.
Bu barədə şirkətdən bildiriblər.
Qeyd edilib ki, şirkət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq edəcək: “Biz yerli tərəfdaşımız olan NOBEL OIL şirkəti ilə birgə müəssisənin yaradılması üzrə anlaşma memorandumu ilə bağlı danışıqlar aparırıq. Bu müəssisə Azərbaycanda və qonşu ölkələrdə neft-qaz sahəsində suyun təmizlənməsi üçün kimyəvi məhsulların istehsalına imkan yaradacaq”.
Qeyd edək ki, “Suez Group” beş qitədə öz müştərilərinə resursların daha səmərəli və dayanıqlı idarə olunması üzrə xidmətlər göstərir.
SOCAR Azərbaycanda yeganə neft məhsulları istehsalçısıdır.