• 22 Aprel 2021
logo
Azərbaycanda dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Azərbaycanda dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Bu ilin sentyabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı avqust ayı ilə müqayisədə 2,3 dəfəyədək artaraq 798 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, sentyabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,3%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, sentyabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 3 domen və 5 subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 61 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3 731 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 97%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 190 hesabat təqdim edilib. Yanvar-sentyabr ayları ərzində Azərbaycanın internet seqmentində 37 domen və 112 subdomen qeydiyyata alınıb.